130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Bu Məcəllənin 130.4 və 130.5-ci maddələrində nəzərdə tutulmuş hallar övladlığa götürmə sirrinin pozulması hesab olunmur.
130.2. Bu Məcəllənin 130.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, övladlığa götürənlərin, onlar öldükdə isə müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərindən bu barədə çıxarışlar, şəhadətnamələr və ya aray ış lar vermək qadağan edilir.
130.3. Övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
130.4. Müvafiq icra hakimiyyəti orqanı uşağı övladlığa götürən şəxslərə 4-6 yaşında olan övladlığa götürülən uşağa psixoloqun və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə onun övladlığa götürüldüyü barədə məlumat verməsini tövsiyə etmək hüququna malikdir.
130.5. Övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda onun arzusu ilə müvafiq icra hakimiyyəti orqanı onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edir.