QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 131

Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir.

131.2. Övladlığa götürmənin ləğv olunması barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.

131.3. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir.

131.4. Övladlığa götürmənin lə ğ v olunmas ı barədə məhkəmənin qətnaməsi qanuni q ü vvəyə mindikdən sonra həmin qətnamədən çı xar ış dərhal hakim tərəfindən g ü cləndirilmi ş elektron imza ilə təsdiqlənərək “ Elektron məhkəmə ” informasiya sistemi vasitəsilə m ü vafiq icra hakimiyyəti orqan ı n ı n m ü əyyən etdiyi orqan ı n (qurumun) informasiya sisteminə ö t ü r ü l ü r.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver