QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 140

Maddə 140. Valideyn himayəsindən məhrum olub Sosial xidmət müəssisələrində qalan uşaqların hüquqları

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

140.1. Valideyn himayəsindən məhrum olub, sosial xidmət müəssisələrində qalan uşaqlar aşağıdakı hüquqlara malikdirlər;

140.1.1. saxlanılmaq, tərbiyə və təhsil almaq, hərtərəfli inkişaf etmək, ləyaqətinə hörmət görmək və maraqlarını təmin etmək;

140.1.2. onlara düşən pensiya, müavinət və başqa sosial ödənişləri almaq;

140.1.3. mənzil (ev) sahəsi üzərində mülkiyyət hüququnu, mənzildən (evdən) istifadə etmək hüququnu saxlamaq, mənzili (evi) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil sahəsi almaq;

140.1.4. qeyd edilən müəssisələrdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işə düzəlməkdə güzəştlərdən istifadə etmək.

140.2. Valideyn himayəsindən məhrum olmuş, göstərilən təşkilatların himayəsində olan uşaqlar bu Məcəllənin 50–52-ci maddələrində göstərilən hüquqlara malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver