QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 141

Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

141.1. Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir.

141.2. Qəyyumluqda (himayədə) olan uşağın qəyyumunun (himayəçisinin) qəyyumluq və himayə orqanlarının tövsiyələrini və uşağın rəyini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək hüququ vardır. Qəyyum (himayəçi) uşağın rəyinə uyğun olaraq onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını seçmək hüququna malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir.

141.3. Qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun (himayəçinin) məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ var.

141.4. Uşağın valideynləri, yaxın qohumları ilə ünsiyyət uşağın maraqlarına cavab vermədiyi hallardan başqa, qəyyumun (himayəçinin) uşağın onlarla ünsiyyət saxlamasına icazə verməmək hüququ yoxdur.

141.5. Qəyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

141.6. Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.

141.7. Bu Məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş g Maddə … lir.

141.7. Bu Məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.

141.8. Bu Məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver