Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilmiş uşağın maraqları əsasında onun əqli, fiziki, emosional, psixoloji inkişafını təmin etmək, onun bioloji valideynlərinə (bioloji valideynləri olmadıqda isə qohumlarına) qaytarılması imkanlarını qiymətləndirmək məqsədilə himayədar valideynlərin, mümkün olduqda uşağın bioloji valideynlərinin iştirakı ilə uşağın fərdi inkişaf planını hazırlayır. 143-
2.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planında olan tədbirlərin vaxtında və keyfiyyətlə icrası məqsədilə uşağın bioloji valideynləri (olduğu halda) və himayədar valideynlərlə mütəmadi iş aparır. 143-
2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideynlərin fikrini nəzərə almaqla uşaqla bioloji valideynlərin və ya qohumların görüşünü təşkil edir. Himayədar valideynlər belə görüşlərin keçirilməsi üçün lazımi şərait yaratmalıdırlar.