QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 144

Maddə 144. Himayədar valideynlər

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

144.1. Bu Məcəllənin 120.1.1–120.1.7-ci maddələrində qeyd edilənlər istisna olmaqla, bu Məcəllənin 120.2-ci, 120.3-cü, 121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları himayədar valideyn ola bilərlər.

144.2. Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər himayədar valideyn ola bilməzlər (uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla). Himayədar ailəyə veriləcək uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldilmiş şəxslər himayədar valideyn ola bilməzlər.

144.3. Yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır.

144.4. Uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri himayədar valideyn ola bilməzlər.

144.5. Bir ünvanda iki və daha çox himayədar ailənin (valideynin) yerləşməsinə yol verilmir.

144.6. Bu Məcəllənin 120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd olunan tələblər eyni zamanda himayədar valideynlərlə birlikdə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver