Himayədar valideynin (valideynlərin) aşağıdakı hüquqları vardır: 145-
1.1.1. uşağın saxlanılmasına görə “ Sosial müavinətlər haqqında ” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən aylıq və birdəfəlik müavinəti almaq; 145-
1.1.2. uşağın mənafeyinə zidd olan hallar istisna olmaqla, uşaq haqqında tam və dolğun məlumat almaq; 145-
1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tövsiyələrini və uşağın fikrini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək; 145-
1.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) müqavilə üzrə öhdəliklərinin tam və vaxtında icrasını tələb etmək; 145-
1.1.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini seçmək. 145-
1.2. Himayədar valideynin (valideynlərin) aşağıdakı vəzifələri vardır: 145-
1.2.1. mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək; 145-
1.2.2. uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək; 145-
1.2.3. uşağın himayədar ailədə qaldığı müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanm Maddə … nının müəyyən etdiyi orqanın (qurumun) məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək; 145-
1.2.4. uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığını almaq; 145-
1.2.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq; 145-
1.2.6. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək; 145-
1.2.7. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmədikdə müavinətin məbləğini geri qaytarmaq.