145.1. Bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq uçota alınmış valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə edilmək üçün himayədar ailələrə verilə bilər.
145.2. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla qardaş və bacıların ayrılmasına yol verilmir..
145.5. Himayədar ailəyə verilmiş uşaqlar bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər.
145.7. Himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət etmək müvafiq icra hakimiyyəti orqanının borcudur.
145.8. Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz.
145.9. Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla).
145.10. Himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.