155.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
155.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşaq, övladlığa götürənin ölkəsinin (daimi yaşadığı ölkənin) qanunvericiliyinə uyğun olaraq övladlığa götürüldükdə, həmin ölkənin qanunvericiliyi ilə yanaşı, bu Məcəllənin 66.6-cı, 117-135-ci maddələrinə də əməl olunmalıdır.
155.3. Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən övladlığa götürüldükdə, buna uşağın qanuni nümayəndəsinin və uşağın vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanının, eləcə də həmin dövlətin qanunvericiliyi ilə tələb olunduqda uşağın özünün razılığını almaq zəruridir.
155.4. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqları övladlığa götürmə nəticəsində pozula bilərsə, övladlığa götürmə, övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq, həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasın Maddə … adlığa götürmə, övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq, həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalıdır.
155.5. Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə Azərbaycan Respublikasında etibarlı hesab edilir ki, buna Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq alınsın.