156.1. Xarici ölkələrin ailə hüquq normaları tətbiq edilərkən məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı, yaxud başqa müvafiq təşkilatlar bu normaların məzmununu müvafiq xarici dövlətdəki rəsmi şərhi tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir.
156.2. Bu normaların məzmununu müəyyənləşdirmək məqsədi ilə məhkəmə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan və sair orqanlar müvafiq icra hakimiyyəti orqanına və başqa orqanlara (ekspertlərə) müraciət edə bilərlər.
156.3. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə normalarının məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək hüququna malikdirlər.
156.4. Xarici ölkələrin ailə hüquq normalarının məzmunu bu Məcəllənin 156.1—156.3-cü maddələrinə uyğun müəyyən edilməzsə, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.