64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
64.0.2. alimenti qəsdən ödəmədikdə;
64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;
64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.