65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.
65.2. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən müvafiq icra hakimiyyəti orqanının iştirakı təmin edilməlidir.
65.3. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.
65.4. Valideynlik hüquqlarından məhrumetmə işinə prokurorun iştirakı olmadan baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.
65.5. Valideynlik hüquqlarından məhrumetmə barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çı xar ış dərhal hakim tərəfindən g ü cləndirilmi ş elektron imza ilə təsdiqlənərək “ Elektron məhkəmə ” informasiya sistemi vasitəsilə m ü vafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ı n (qurumun) informasiya sisteminə ö t ü r ü l ü r.