71.1. Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına icazə verilir, bir şərtlə ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin.
71.2. Valideynlərlə uşaqların əlaqəsinə müvafiq icra hakimiyyəti orqanının, uşaqların qəyyumunun (himayəçisinin), uşaqlar yerləşdiyi müəssisənin rəhbərliyinin razılığı ilə icazə verilir.