Sovxoz və kolxozların islahatı onların kəndli (fermer) təsərrüfatlarına bölünməsini, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasını şəxsi yardımçı təsərrüfatların inkişafını nəzərdə tutur. İslahat yaranmış təsərrüfatların kooperasiyasına və xidmət sahələrinin təşkilinə təminat verir.
Dövlət kənd təsərrüfatı müəssisələri istisna olmaqla, inzibati qaydada bir təsərrüfat formasının başqa formaya çevrilməsinə və ya ləğv edilməsinə yol verilmir.