Aqrar bölmə iqtisadiyyatın vacib sahələrindən biri kimi dövlət himayəsindədir.
Dövlət himayəsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:
aqrar bölməyə investisiya qoyuluşunun stimullaşdırılması;
məqsədli dövlət proqramları əsasında meliorasiya və irriqasiya işlərinin aparılması, kənd təsərrüfatı maşınlarının, və digər maddi-texniki vasitələrin istehsal bazasının yaradılması, işğal altından azad edilmiş ərazilərdə aqrar-sənaye kompleksinin bərpası və inkişaf etdirilməsi;
kənd təsərrüfatında yoluxucu xəstəliklərə və zərərvericilərə qarşı karantin və müalicə tədbirlərinin aparılmasına, kadr hazırlığına və elmi təminata, istehsal və sosial infrastrukturun yaradılmasına dövlət vəsaitinin ayrılması;
mühüm kənd təsərrüfatı məhsullarının qiymətləri ilə onların istehsalında istifadə olunan maşın-mexanizmlərin, yanacaq-sürtkü materiallarının, mineral gübrələrin, zəhərli kimyəvi maddələrin qiymətləri arasında mütənasibliyin təmin edilməsi (kənd təsərrüfatı məhsullarının və maddi-texniki vasitələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir);
diferensial kreditləşmə və vergi tətbiq.