4.1. Bal arısı ailələri (ana arı, işçi arılar, erkək arılar), arıçılıq məhsulları, pətəklər, habelə arıçılıqda istifadə olunan avadanlıq, ləvazimat və tikililər arıçılığın obyektləridir.
4.2. Mülkiyyət növündən asılı olmayaraq arıçılıq subyektləri aşağıdakılardır:
4.2.1. arıçılıq təsərrüfatları;
4.2.2. əsasən arıçılıq inventarı və avadanlığı hazırlayan müəssisələr;
4.2.3. arıçılıqla məşğul olan elm və təhsil müəssisələri, təcrübə-sınaq təsərrüfatları, digər idarə və təşkilatlar;
4.2.4. arıçılıq məsələləri ilə bağlı fəaliyyət göstərən ictimai birliklər, ittifaqlar və qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda yaradılmış qeyri-kommersiya qurumları.
4.3. Arıçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan arıçılıq subyektləri kənd təsərrüfatı məhsulları istehsalçısı hesab olunurlar.
4.4. Qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən müddətli vergi güzəştləri əsas fəaliyyəti arıçılıq inventarı və avadanlığı hazırlamaq olan fiziki və hüquqi şəxslərə şamil olunur.