Qanunvericilik › Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Arıçılıq sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri

Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Arıçılıq sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

5.0.1. arıçılığın inkişafının əsas istiqamətlərini müəyyən etmək və dövlət himayəsini həyata keçirmək;

5.0.2. arıçılıq məhsulları ilə, arıçılıqda istifadə olunan avadanlıq və vasitələrlə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktları təsdiq etmək, baytarlıq nəzarətini həyata keçirmək (baytarlıq şəhadətnaməsini vermək), arıçılıq subyektlərini “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq etmək və ya qeydiyyata almaq;

5.0.3. arıçılığın inkişafı üzrə dövlət proqramları, layihələr, habelə seleksiya-damazlıq proqramları hazırlamaq, onların maliyyə mənbələrini müəyyən etmək və həyata keçirilməsini təşkil etmək;

5.0.4. arıçılıq sahəsində dövlət büdcəsindən maliyyələşən tədbirlərin icrasına nəzarət etmək, arıçılığın inkişafına və yeni texnologiyaların tətbiqinə, arıçılıq subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına və arıçılıqda istifadə olunan inventar və avadanlıqların istehsalına köməklik göstərmək;

5.0.5. arıçılıq təsərrüfatlarının qeydiyyatını həyata keçirmək;

5.0.6. arıçılıq sahəsində sahibkarlığın inkişafına dəstək vermək, haqsız rəqabətin qarşısının alınmasını, sağlam və ədalətli rəqabətin formalaşmasını təmin etmək;

5.0.7. bal arılarının mühafizəsi və xəstəliklərinə qarşı mübarizə tədbirlərini təşkil etmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək;

5.0.8. bal arılarının və arıçılıq məhsullarının ixracı və idxalı üzərində müəyyən olunmuş qaydada dövlət tənzimlənməsini təmin etmək;

5.0.9. arıçılıq sahəsində və arıçılıq məhsullarının təbabətdə tətbiqinə dair elmi-tədqiqat işlərini təşkil etmək, bu işlərə dəstək vermək və stimullaşdırmaq;

5.0.10. arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək;

5.0.11. arıçılıq sahəsində ixtisaslı mütəxəssislərin və arıçılıq kadrlarının hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək, arıçılıqla məşğul olan şəxslərin maarifləndirilməsi işini təşkil etmək;

5.0.13. balyığma mənbələrinin aşkar edilməsi, nektarlı və şirəli bitkilərin seleksiyası işini təşkil etmək, bu sahədə toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsini dəstəkləmək və stimullaşdırmaq;

5.0.14. qanunvericiliyə uyğun olaraq ekoloji təmiz arıçılıq məhsulları istehsalının təmin edilməsinə nəzarət etmək;

5.0.15. arıçılığın və arıçılıq məhsullarının insanların həyatında, fəaliyyətində və sağlamlığında, arıların bitkiçilik məhsulları istehsalının artırılmasında və ətraf mühitin mühafizəsində mühüm rolunu mediada təbliğ etmək;

5.0.16. qanunvericilikdə nəzərdə tutulmuş digər istiqamətlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver