Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Damazlıq atların süni mayalandırılması və embrionlarının transplantasiyası mərkəzləri

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Damazlıq atların süni mayalandırılması mərkəzi xüsusi texnologiyalar əsasında atların süni üsulla çoxaldılması fəaliyyətini həyata keçirən atçılıq subyektidir.

18.2. Damazlıq atların embrionlarının transplantasiyası mərkəzi seleksiya işinin səmərəliliyinin artırılması və yüksəkkeyfiyyətli atlardan daha çox sayda bala əldə edilməsi məqsədilə xüsusi texnologiyalar əsasında embrionların köçürülməsi yolu ilə atların təkrar istehsalını həyata keçirən atçılıq subyektidir.

18.3. Damazlıq atların süni mayalandırılması və embrionlarının transplantasiyası mərkəzlərində yalnız dövlət qeydiyyatına alınmış və pasportu (şəhadətnaməsi) olan cins atlardan istifadə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver