Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Damazlıq atların bonitirəsi

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Atların damazlıq keyfiyyətlərini, təkrar istehsala yararlılığını, mənşəyinin və irsi əlamətlərinin cinsin tələblərinə uyğunluğunu və istifadə təyinatını müəyyən etmək üçün onların bonitirəsi aparılır və kompleks əlamətlər üzrə qiymətləndirilir.

24.2. Damazlıq atların bonitirəsi atçılıq subyektlərinin yüksəkixtisaslı zoobaytar mütəxəssisləri tərəfindən müvafiq təlimatlar əsasında aparılır.

24.3. Damazlıq atların bonitirəsinin nəticələri Dövlət Damazlıq Kitabında qeydə alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver