25.1. Cins atlar dövlət qeydiyyatına alındıqdan və pasport (şəhadətnamə) verildikdən sonra damazlıq məqsədilə istifadə olunur.
25.2. Azərbaycan Respublikasında mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq damazlıq atçılıqla məşğul olan bütün subyektlər tərəfindən yetişdirilən damazlıq atlar Dövlət Reyestrində mərkəzləşdirilmiş məlumat bazasına daxil edilir.