Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunması

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

26.1. Azərbaycan Respublikasında yetişdirilən milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinə mənsub atlar qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qorunur və onların satış məqsədilə ixracı müvafiq qaydada tənzimlənir.

26.2. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bu və ya digər at cinsinin damazlıq özəyinə sahib olan şəxslər cinsin inkişaf istiqamətinin saxlanmasına, təkmilləşdirilməsinə, elmi prinsiplərə əsaslanan damazlıq, zootexniki və digər texnoloji tələblərə əməl edilməsinə cavabdehlik daşıyırlar.

26.3. Damazlıq özəkləri olaq cins atların inkişaf istiqamətinin saxlanmadığına, seleksiya-damazlıq, zootexniki və digər texnoloji tələblərə əməl edilmədiyinə görə genofonda ziyan dəydikdə, həmin at sahibləri barədə qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver