28.1. Atçılıq biznesi aşağıdakı istiqamətlərdə aparılır:
28.1.1. müxtəlif məqsədlər üçün cins atların yetişdirilməsi;
28.1.2. cıdır və at idmanı yarışlarının təşkili;
28.1.3. at idmanı və jokey (çapar) məktəblərinin (o cümlədən uşaq və əlilliyi olan şəxslər üçün) təşkili, idmançıların, məşqçilərin, hakimlərin hazırlanması;
28.1.4. cıdır-şans (totalizator) oyunlarının keçirilməsi və biletlərinin satışı;
28.1.5. atların bilavasitə və hərraclar vasitəsilə alğı-satqısı;
28.1.6. atların müqavilələr əsasında dəyəri ödənilməklə mayalandırılması;
28.1.7. atçılıq üçün lazım olan avadanlıqların, inventarların və digər ləvazimatların istehsalı, təmiri və satışı;
28.1.8. at turizminin və at üstündə gəzintinin təşkili;
28.1.9. atların daşınması və digər istiqamətlər.
28.2. Atçılıq biznesi ilə məşğul olan hüquqi və fiziki şəxslər bu fəaliyyətlə əlaqədar qanunvericilikdə müəyyən olunmuş qaydada və formada müvafiq icra hakimiyyəti orqanlarına məlumatlar təqdim etməlidirlər.