29.1. At satışı hərracları yüksəkkeyfiyyətli damazlıq və cins atların satışı məqsədilə təşkil edilir.
29.2. At satışı hərracları, cıdır meydanlarında keçirilir.
29.3. At satışı hərraclarının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.