30.1. Cıdır meydanlarında müxtəlif məsafələr üzrə adi və ənənəvi mükafatlar uğrunda xüsusi adlar qoyulmuş cıdırlar keçirilir.
30.2. Cıdırın növündən asılı olaraq, cıdırın təşkilatçıları tərəfindən onun mükafat fondu təsis edilir. Adi cıdırların mükafat fondunun məbləği iki yüz iyirmi manat, ənənəvi mükafatlar uğrunda xüsusi adlar qoyulmuş cıdırların mükafat fondunun məbləği isə beş yüz əlli manatdan az ola bilməz.
30.3. Mükafat fondunun formalaşması və bölünməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30.4. Cıdır və at idmanı yarışlarının, at satışı hərraclarının, sərgilərinin keçirilməsinin gedişi televiziya kanallarında yayımlanır və mətbuatda şərh edilir.