2.1. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Konstitusiyasından, "Ətraf mühitin mühafizəsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında atmosfer havasının mühafizəsi ilə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
II fəsil
Atmosfer havasının mühafİzəsİ sahəsİndə tənzİmlənmə