Qanunvericilik › Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Sığorta ödənişi verməkdən imtina edilməsi üçün əsaslar

Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişini həyata keçirməkdən imtina edə bilər:

11.1.1. sığortalı sığorta haqqını ödəmədikdə;

11.1.2. auditin subyekti özünün qəsdən edilmiş hərəkəti nəticəsində zərər çəkdikdə (sığorta hadisəsinin baş verməsində təqsiri sübut olunarsa);

11.1.3. qanunvericiliklə digər əsaslar müəyyən edildikdə.

11.2. Sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə qərar auditin subyektinə imtinanın səbəbləri göstərilməklə rəsmi qaydada verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver