Qanunvericilik › Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Sığortalıya güzəştlərin verilməsi

Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığorta hadisəsi baş vermədikdə, sığorta haqqının 10%-i sığortalıya qaytarılır.

12.2. Bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş sığorta güzəştini sığortaçı müvafiq sənədləri aldığı vaxtdan 10 gün ərzində ödəyir.

12.3. Bu Qanunla tənzimlənən icbari sığorta haqqının gəlirə aid edilməsi və gəlirdən çıxılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver