Qanunvericilik › Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Nəqliyyat sənədləri

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün tələb edilən sənədlərin forması və rəsmiləşdirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən olunur.

22.2. Sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir.

22.3. Müntəzəm marşrut üzrə sərnişin daşımaları yerinə yetirilərkən hər bir sərnişin gediş sənədinə (biletə) (gediş haqqının elektron qaydada ödənildiyi hallar istisna olmaqla), baqaj ödəniş əsasında daşındıqda isə, həmçinin onun daşınma haqqının ödənildiyini təsdiq edən sənədə (baqaj qəbzinə) malik olmalıdır. Müvafiq gediş sənədinin (biletin) satışını və sərnişinin baqajının daşınma haqqının ödənildiyini təsdiq edən sənədin verilməsini daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı təmin etməlidir.

22.3-1. Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirilməsinə yol verilmir.

22.4. Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.

22.5. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı müddət ərzində sürücüdə saxlanılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver