21-1.1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla), sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilir.
21-1.2. Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.
21-1.3. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir:
21-1.3.1. müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək;
21-1.3.2. müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaq məntəqələrində sərnişinləri mindirmək və düşürmək.
21-1.4. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə sərnişinlərin və baqajın daşınmasına dair təsdiq edilən qaydalarla müəyyən edilir.