Qanunvericilik › Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 44

Maddə 44. Yükün yükalana təhvil verilməsi

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

44.1. Daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verir.

44.2. Qalaq və ya füruş şəkildə, yaxud avtomobil sisternində daşınan yüklərdə çatışmazlıq əlamətləri yoxdursa və yükalanda bu çatışmazlığı müəyyən etmək üçün lazımi vasitələr olmadıqda, həmin yüklər ümumi çəkisi yoxlanılmadan yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verilir.

44.3. Beynəlxalq daşımalar istisna olmaqla, qeyri-əmtəə təyinatlı yük daşındıqda, daşıyıcı onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil vermək vəzifəsindən yükgöndərən tərəfindən azad oluna bilər. Bu halda daşıyıcının üzərinə həmin yükü yükgöndərən tərəfindən müəyyən edilmiş yerdə boşaltmaq vəzifəsi qoyulur.

44.4. Yükün çəkisi tərəzi vasitəsilə müəyyən edildikdə, elektron əmtəə-nəqliyyat qaiməsində göstərilən yükün çəkisi ilə onun faktiki çəkisi arasında olan fərq təbii azalma normasını və ya tərəzidə çəkilmə dəqiqliyini keçmirsə, daşıyıcı yükün çəkisinin fərqinə görə məsuliyyət daşımır.

44.5. Yükün təhvil alınması yükalan tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsində imza edilməklə və yükalan möhürə (ştampa) malik olduqda, möhür (ştamp) vurulmaqla təsdiq olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver