45.1. Yükün xarab olması və zədələnməsi ilə əlaqədar xüsusiyyətlərini dəyişməsi nəticəsində ondan təyinatı üzrə tam və ya qismən istifadə etmək mümkün olmadıqda, yükalan yükü almaqdan imtina edə bilər.
45.2. Yükalan yükü almaqdan imtina, yaxud onun başqa ünvana çatdırılmasını tələb etdikdə, bu haqda elektron əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd etməlidir.
45.3. Yükalan yükü almaqdan imtina etdikdə, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa daşıyıcı bu yük barəsində yükgöndərənin yazılı göstərişlərini almalıdır.
45.4. Yükalan yükü almaqdan imtina etdikdə, yükün saxlanılması, satılması, yükgöndərənə geri qaytarılması və ya yeni ünvana çatdırılmasına görə daşıyıcının çəkdiyi əlavə xərcləri yükgöndərən ödəməlidir.