Qanunvericilik › Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 46

Maddə 46. Yükün yüklənməsi, çatdırılması və boşaldılması müddətləri

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

46.1. Avtonəqliyyat vasitəsinin yükləmə altında olduğu müddət onun daşıyıcı tərəfindən yüklənmək üçün verildiyi vaxtdan hesablanır.

46.2. Avtonəqliyyat vasitəsinin boşaldılma altında olduğu müddət yükün boşaldılma yerində onun sürücüsü tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsinin yükalana təqdim edildiyi vaxtdan hesablanır.

46.3. Yüklənən və ya boşaldılan yük barəsində lazımi qaydada rəsmiləşdirilmiş elektron əmtəə-nəqliyyat qaiməsi və bütün digər zəruri sənədlər avtonəqliyyat vasitəsinin sürücüsünə təqdim edildikdə, yükləmə və ya boşaltma başa çatmış hesab olunur.

46.4. Avtonəqliyyat vasitəsinin yükləmə və boşaldılma yerlərinə gəlməsi və çıxması vaxtı barədə yükgöndərən və yükalan elektron əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd etməlidirlər.

46.5. Yükləmə, çatdırılma və boşaldılma müddətləri, o cümlədən yükləmə və boşaldılma ilə əlaqədar digər əməliyyatların yerinə yetirilməsi müddəti Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları, o cümlədən “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”, həmçinin avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver