Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19-4

Maddə 19-4. Ödənişli avtomobil yollarından ödənişli əsaslarla istifadə olunmasına xitam verilməsi və ya dayandırılması

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ödənişli bələdiyyə və ya özəl avtomobil yolundan ödənişli əsaslarla istifadəyə xitam verilməsi və ya dayandırılması avtomobil yolunun sahibinin qərarı əsasında həyata keçirilir.

Ödənişli bələdiyyə və ya özəl avtomobil yolundan ödənişli əsaslarla istifadə aşağıdakı hallarda və müddətdə dayandırılır:

- alternativ ödənişsiz avtomobil yolundan istifadəyə maneə törədən hallar yarandıqda. Ödənişli avtomobil yolundan istifadənin dayandırılması müddəti 6 aydan artıq olmamalıdır;

- hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə. Bu barədə qərar qeyd olunmuş hallar başa çatana qədər qüvvədə qalır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi hallarını və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver