10.1. Müvafiq dövlət orqanları folklor nümunələrindən qanuni istifadə qaydalarını pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
10.2. Folklor nümunələrinin qorunması məqsədi ilə məhkəməyə müraciət edilərkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq edilə bilər:
10.2.1. pozuntuya yol verən şəxsdən hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
10.2.2. gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilməsi.
10.3. Cinayət tərkibli pozuntulara qarşı sanksiyalar mülki-hüquqi müdafiə vasitələrinin tətbiqini istisna etmir.