9.1. Fiziki və hüquqi şəxslər tərəfindən folklor nümunələrindən istifadə edildikdə aşağıdakı hərəkətlər hüquq pozuntusu hesab edilir:
9.1.1. folklor nümunələrindən istifadə edildikdə təsadüfi və ya bilərəkdən edilməsindən asılı olmayaraq, bu Qanunun 6.2-ci maddəsinin tələblərinin pozulması;
9.1.2. folklor nümunələrindən istifadə edilərkən bilərəkdən və ya ehtiyatsızlıqdan bu Qanunun 8.1-ci maddəsinin tələblərinin pozulması;
9.1.3. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrini bilərəkdən özününkü kimi qələmə verməklə və ya folklor nümunələrinin yaranma mənbəyinə münasibətdə kütləni yanlış fikrə istiqamətləndirmək və ya onları faktiki mənbəyi olmayan digər ölkənin nümunələri kimi təqdim etməklə, folklor nümunələrindən istifadə;
9.1.4. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrinin bilərəkdən təhrif olunmaqla, ölkənin mədəni maraqlarına zərər vurulmaqla istifadəsi.
9.2. Folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qaldırılan iddia ərizələri əsasında folklor nümunələrindən bu Qanunla nəzərdə tutulan istifadə qaydalarının pozulmasına görə tutulan məbləğlər müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun hesabına köçürülür və əqli mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsinə və folklor nümunələrinin hüquqi qorunmasına yönəldilir.
III fəsil
Folklor nümunələrİnə əqlİ mülkİyyət hüquqlarının müdafİəsİ