Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədr müavinlərinin Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyaları sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver