Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Komitənin iclasları

Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Komitənin iclasları bir qayda olaraq açıq keçirilir. Müstəsna hallarda komitənin qərarı ilə onun qapalı iclasları keçirilə bilər.

Komitənin açıq iclaslarında dəvət olunmuş şəxslər və media subyektlərinin nümayəndələri iştirak edə bilərlər.

Komitənin iclasına qanunvericilik təşəbbüsü qaydasında qanun və qərar layihələrini təqdim etmiş dövlət orqanlarının nümayəndələri, maraqlı icra və məhkəmə hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının nümayəndələri, siyasi partiyaların, həmkarlar ittifaqları birliklərinin, ictimai birliklərin nümayəndələri, alimlər, ekspertlər, mütəxəssislər və iştirakı zəruri hesab olunan başqa şəxslər dəvət oluna bilər. Bu halda komitə dəvət olunan şəxsləri müzakirə olunan sənədlərlə təchiz edir.

Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver