Komitə müzakirə etdiyi məsələlərə dair qərarlar və rəylər qəbul edir.
Komitə özü hazırladığı qanun və qərar layihələrinə dair qərarlar, komitəyə təqdim olunmuş qanun və qərar layihələrinə dair işə rəylər qəbul edir.
Komitə öz işi barədə hesabatlar hazırlayır. Komitənin hesabatı komitənin qərarı ilə qəbul edilir.
Komitənin qərarları və rəyləri komitənin tərkibinə daxil olan üzvlərin yarısından çoxu qərar və ya rəyin lehinə səs verdikdə qəbul edilmiş sayılır.