Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı komitələri yaradır:
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;
İnsan hüquqları komitəsi;
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;
Aqrar siyasət komitəsi;
Əmək və sosial siyasət komitəsi;
Səhiyyə komitəsi;
Ailə, qadın və uşaq məsələləri komitəsi;
Gənclər və idman komitəsi;
İctimai birliklər və dini qurumlar komitəsi;
Regional məsələlər komitəsi;
Elm və təhsil komitəsi;
Mədəniyyət komitəsi;
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.
Azərbaycan Respublikasının Milli Məclisi zəruri hallarda yeni komitələr yarada bilər, yaxud fəaliyyət göstərən komitələri yenidən təşkil edə və ya ləğv edə bilər.