Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Sovetin sessiyasında deputatların irəli sürdükləri təkliflərə və qeydlərə baxılması

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sovetin sessiyasında deputatların irəli sürdükləri və ya sessiyada sədrlik edənə yazılı şəkildə verdikləri təkliflər və qeydlər Sovetdə, onun daimi komissiyalarında nəzərdən keçirilir, yaxud baxılmaq üçün müvafiq dövlət orqanlarına, ya da ictimai orqanlara və vəzifəli şəxslərə göndərilir.

Sovetin sessiyasında deputatların irəli sürdükləri təkliflərin və qeydlərin göndərildiyi dövlət orqanları və ictimai orqanlar, habelə vəzifəli şəxslər onlara ən keçi bir ay müddətində baxmalı və nəticələr barəsində bilavasitə deputata, habelə Sovetin rəyasət heyətinə məlumat verməlidirlər.

Deputatların təkliflərinə və qeydlərinə baxılmasına və onların həyata keçirilməsinə Sovetin daimi komissiyaları nəzarət edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver