Deputat sorğusu ictimai əhəmiyyəti olan məsələlər üzrə rəsmi izahat vermək, ya da rəy bildirmək üçün dövlət orqanlarına və vəzifəli şəxslərə sessiyada elan edilən deputat tələbidir.
Deputat və ya deputatlar qrupu müvafiq Sovetin səlahiyyətinə aid edilmiş məsələlər üzrə Sovetin Rəyasət heyətinə, Sovetin sədrinə, icraiyyə komitəsinə, onun şöbələrinin və idarələrinin rəhbərlərinə, habelə Sovetin ərazisində yerləşən müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərinə sorğu ilə müraciət etmək hüququna malikdir.
Sorğu yazılı və ya şifahi şəkildə verilə bilər. Yazılı şəkildə verilmiş sorğu Sovetin sessiyasında oxunulmalıdır.
Deputat sorğusu öyrənilmək üçün Sovetin komissiyasına göndərilir, yaxud Sovetin qərarı ilə gündəliyə salınır. Sorğu hansı dövlət orqanına və ya vəzifəli şəxsə aiddirsə, onlar sorğuya rəsmi cavab verməlidirlər. Sorğuya yazılı cavab ən keçi üç gün müddətində və ya Sovetin müəyyən etdiyi başqa müddətdə təqdim olunur. Sorğu, ona verilən cavab və sorğuya baxılmasının nəticələri üzrə Sovetin qəbul etdiyi qərar dərc edilir.
Deputatın ixtiyarı var ki, dövlət orqanının və ya vəzifəli şəxsin sorğuya cavabına qiymət versin.