Deputat vətəndaşların ona göndərilmiş təklif, ərizə və şikayətlərinə baxır, bunların düzgün və vaxtında həll edilməsi üçün tədbirlər görür;öz seçki dairəsinin yaşayış məntəqələrində, özünün yaşayış və ya iş yerində, yaxud müəyyən etdiyi başqa yerdə vətəndaşları qəbul edir.0, seçki dairəsinin ərazisində yerləşən dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərini vətəndaşların qəbulunda iştiraka dəvət etmək ixtiyarına malikdir.
Deputat şikayətləri doğuran səbəbləri öyrənir və Sovetə, dövlət orqanlarına və ictimai orqanlara, müəssisələrə, idarələrə və təşkilatlara öz təkliflərini verir.
Deputat Sovetin ərazisində yerləşən dövlət orqanlarına və ictimai orqanlara,müəssisələrə, idarələrə və təşkilatlara göndərdiyi təklif, ərizə və şikayətlərə baxılmasına nəzarət etmək və onlara baxılmasında şəxsən iştirak etmək ixtiyarına malikdir.Dövlət orqanlarının və ictimai orqanların, təşkilatların vəzifəli şəxsləri deputatın nəzarət fəliyyətində ona Kömək göstərməyə borcludurlar.