Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Deputatın seçicilər qarşısında hesabatı

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputat öz işi haqqında, seçkiqabağı proqramının, seçicilərin tapşırıqlarının yerinə yetirilməsi gedişi haqqında, Sovetin və seçildiyi Sovet orqanlarının işi haqqında ildə azı iki dəfə seçicilər qarşısında, onu deputatlığa namizəd göstərmiş kollektivlər və ictimai təşkilatlar qarşısında hesabat verməlidir.

Deputatın növbədənkənar hesabatı dairə seçicilərinin əksəriyyətinin tələbi ilə də keçirilə bilər.

Bu halda müvafiq Sovetlərin rəyasət heyətləri və icraiyyə komitələri deputatın növbədənkənar hesabatını təşkil etmək üçün tədbirlər görür, hesabatın keçirilməsinə azı bir ay qalmış onun vaxtı və yeri haqqında, hesabatın keçirilməsi üçün əsas olmuş səbəblər barəsində deputata məlumat verirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver