Sovetin ərazisində yerləşən və deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində deputatın müraciət etdiyi bütün dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar, habelə onların vəzifəli şəxsləri təxirə salmadan deputatın müraciətinə cavab verməyə, yaxud tələb edilən sənədləri və məlumatı verməyə borcludurlar;müvafiq məsələni yoxlamaq və ya əlavə öyrənmək zərurəti olduqda, bu barədə deputata qəti cavab müraciətin alındığı gündən etibarən bir aylıq müddətdən keç olmayaraq verilir.
Sovetin və onun orqanlarının səlahiyyətinə aid məsələlərlə əlaqədar deputatın müraciətlərinə yalnız bu orqanlar baxmalıdırlar. Məsələyə baxılacağı gün haqqında deputata qabaqcadan, lakin ən keçi üç gün qalmış məlumat verilməlidir.