Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Deputatın məlumat almaq və yaymaq hüququ

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sovet rəyasət heyəti deputatı Sovetin sənədləri ilə,habelə hökumət və digər dövlət orqanları və ictimai orqanlar tərəfindən rəsmən yayılan məlumat və sorğu materialları ilə təmin edir.

Deputatın seçildiyi Sovetin ərazisində deputat müraciət etdikdə yerli Sovetlərin rəyasət heyətləri və icraiyyə komitələri, digər dövlət orqanları və ictimai orqanlar, müəssisə, idarə və təşkilatlar, habelə vəzifəli şəxslər ona deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində mütəxəssislərin məsləhətlər verməsini təmin etməli,təxirə salmadan lazımi məlumat verməlidirlər.

Sovetin ərazisində yerləşən müəssisələr və təşkilatlar deputatlıq fəaliyyətinin təmin olunması üçün deputatın tələbi ilə ona sərəncamlarında olan surətçıxarma-çoxaltma və hesablama texnikasından istifadə etmək imkanı verirlər.,

Deputat özünün deputatlıq fəaliyyəti məsələləri barəsində yerli kütləvi informasiya vasitələrində çıxış etməkdə üstün hüquqa malikdir. Deputatın təqdim etDiyi materialların onun razılığı olmadan redaktə edilməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver