Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Deputatın əmək hüquqları, nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olan deputatın hüquqları üçün təminatlar

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputat öz səlahiyyəti dövründə, habelə səlahiyyəti qurtardıqdan sonra bir il ərzində Sovetin razılığı olmadan müəssisədə, idarədə və ya təşkilatda işdən azad edilə bilməz, kolxozdan, başqa kooperativdən, tədris müəssisəsindən xaric edilə bilməz və ya intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz. Digər hallarda detutatın başqa işə keçirilməsinə və yerinin dəyişdirilməsinə yalnız onun öz razılığı ilə yol verilir.

Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olan deputat öz səlahiyyəti dövründə, habelə səlahiyyəti qurtardıqdan sonra bir il ərzində Sovetin razılığı olmadan komandanlığın və ya müdiriyyətin təşəbbüsü ilə xidmətdən azad edilə bilməz, vəzifəsi, rütbəsi aşağı salına bilməz, hərbi rütbədən məhrum edilə bilməz, habelə öz razılığı olmadan iş yeri dəyişdirilə bilməz.Göstərilən müddətdə ona növbəti zabitlik rütbəsi və ya tutduğu vəzifəyə görə zabitlik rütbəsinə bərabər xüsusi rütbə verilməsi ləngidilə bilməz.

Sovetdə və ya onun orqanlarında deputatın daimi əsasda öz deputatlıq səlahiyyətini yerinə yetirdiyi müddət ümumi və ya fasiləsiz iş (xidmət) stajına; ixtisas üzrə iş (xidmət) stajına; əmək haqqına (vəzifə maaşına) faiz əlavələri (o cümlədən iqlim əmsalları) müəyyən edilməsinə, uzun illər xidmətə görə (həmin müəssisədə ixtisas üzrə iş Stajına görə) faiz əlavələri müəyyən edilməsinə və birdəfəlik mükafat alınmasına, müəssisənin, idarənin, təşkilatın il ərzində işinin yekunlarına görə mükafat ödənilməsinə hüquq verən iş (xidmət) stajına daxil edilir.

Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olub, Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə həqiqi hərbi xidmətdə saxlanmaqla Sovetə ezam edilmiş deputatın və onun ailəsinin hərbi qulluqçular və vətəndaşların bilavasitə xidmət keçən digər kateqoriyaları və onların ailələri üçün qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquqları, güzəştləri və üstünlükləri saxlanılır.

Deputatın tutduğu vəzifəyə təyin edilmək qaydasında qəbul olunmuş işçi ilə deputatın Sovetdə və ya onun orqanlarında öz deputatlıq səlahiyyətini yerinə yetirdiyi bütün dövr üçün müddətli əmək müqaviləsi bağlanılır. Deputat əvvəlki işinə qayıtdığı gündən belə işçi ilə əmək müqaviləsi ləğv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver