Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Deputatın öz səlahiyyətini həyata keçirməsi üçün maddi-maliyyə şəraitinin təmin edilməsi

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputatın deputatlıq fəaliyyəti ilə əlaqədar xərcləri Sovetin müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə əsas iş (xidmət) yerindən azad edilmədən istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmiş deputata həmin dövrdə Sovetin müəyyən etdiyi məbləğdə haqq verilir. Bu müddətdə əsas iş yerindəki əmək haqqı saxlanılmır.

Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olub, Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə həqiqi hərbi və ya başqa xidmətdə saxlanmaqla Sovetə ezam edilmiş deputata həmin dövrdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək haqqı verilir.

Sovetdə və ya onun orqanlarında daimi əsasda işə keçmiş deputata iş dövrü ərzində Sovetin müəyyən etdiyi məbləğdə əmək haqqı verilir.

Sovetin ərazisindəki mehmanxanalarda deputatın növbədənkənar yer almağa hüququ vardır; bu hüquq birinci qrup əlil olan deputatı müşayiət edən şəxsə də şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver