Deputat özünün deputatlıq səlahiyyətini həyata keçirmək üçün lazım olan müddətdə istehsalat və ya xidmət vəzifələrini yetirməkdən azad edilmək ixtiyarına malikdir.
Sovetin rəyasət heyətinin, daimi komissiyasının tərkibinə daxil olan deputat Sovetin rəyasət heyətinin və ya daimi komissiyasının təqdimatına əsasən Sovetin qəbul etdiyi qərarla həmin orqanların müəyyən etdikləri müddət üçün köçürmə qaydasında istehsalat və ya xidmət vəzifələrini yerinə yetirmƏkdən azad edilir.
Sovetdə, daimi komissiyada, seçki dairəsində işləmək, Sovetin, onun orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün və başqa hallarda deputatın istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilməsi qaydasını Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir.