Deputat öz dairəsinin seçiciləri ilə əlaqə saxlayır, seçicilər qarşısında məsuliyyət daşıyır və onlara hesabat verməlidir.
Deputat onu deputatlığa namizəd göstərmiş kollektivlər və ictimai təşkilatlarla, öz seçki dairəsinin ərazisində yerləşən başqa müəssisələrin, idarələrin, təşkilatların kollektivləri ilə, habelə dövlət orqanları və ictimai orqanlarla əlaqə saxlayır.
Yerli dövlət hakimiyyəti orqanlarında xalqın səlahiyyətli nümayəndəsi kimi deputat öz statusundan vətəndaşların hüquqlarına və qanuni mənafeyinə təminat yaratmaq, onların şərəfini və ləyaqətini qorumaq üçün istifadə edir.
Seçicilər öz deputatlarına tapşırıqlar verirlər. Deputat seçicilərin tapşırıqlarının həyata keçməsinə çalışır.
Seçicilərin etimadını doğrultmayan deputat qanunla müəyyən edilmiş qaydada geri çağırıla bilər.