Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Deputatın səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputatın qanuna görə deputatlıq səlahiyyətini yerinə yetirməsi ilə bir araya sığmayan vəzifəyə seçilməsi və ya təyin edilməsi ilə əlaqədar olaraq, yaxud deputat olan şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə əlaqədar olaraq, habelə deputatın Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyi halda Sovetin qəbul etdiyi qərara əsasən deputatın səlahiyyətinə vaxtından əvvəl xitam verilir.

Səlahiyyətini yerinə yetirməsinə mane olan səbəblərə görə,yaxud digər şəxsi səbəblərə görə səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi haqqında deputatın şəxsi ərizəsi ilə əlaqədar olaraq Sovetin qəbul etdiyi qərara əsasən deputatın səlahiyyətinə vaxtından əvvəl xitam verilə bilər.

Deputatın seçicilər tərəfindən geri çağırılması nəticəsində də onun səlahiyyətinə vaxtından əvvəl xitam verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver